Dünya futbolu
"Nyukasl" "Arsenal"ın təklifinə "yox" deyib

03.08.2026 | 23:00
"Nyukasl" yarımmüdafiəçisi Bruno Gimarayeşlə bağlı "Arsenal"dan gələn ilk rəsmi təklifi geri çevirib.
Sports.az "Sky Sports"-a istinadən xəbər verir ki, "sağsağanlar" braziliyalı futbolçunun transferi üçün "topçular"ın göndərdiyi ilk rəsmi təkliflə razılaşmayıb. İndi London klubu təklifini artırıb-artırmayacağına qərar verməlidir.
"Nyukasl" rəhbərliyi 28 yaşlı yarımmüdafiəçini komandada saxlamaqda maraqlıdır və onun satışına tələsmir.
Daha əvvəl "Arsenal"ın Gimarayeşin transferi üçün 70 milyon avro + 10 milyon avro bonus şərtləri ilə razılıq əldə etdiyi barədə xəbərlər yayılmışdı. Digər məlumata görə isə London təmsilçisi futbolçu üçün 77 milyon avro və bonuslar təklif edib.
Son xəbərlər





























