Dünya futbolu
Mourinyo Endrikə güvnmir

04.08.2026 | 13:40
"Real"ın hücumçusu Endrikin komandadakı gələcəyi sual altındadır.
Sports.az "The Touchline"-a istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyonun hücumçular sıralamasında 20 yaşlı futbolçu hazırda yalnız dördüncü yerdə qərarlaşıb.
Endrikdən öndə Kilian Mbappe, Vinisius Junior və komandanın yeni transferi Karlos Espi yer alır. Bildirilir ki, Rodri zədədən qayıdacağı və "Real" Yan Diomandeni ("Leyptsiq") transfer edəcəyi halda braziliyalı forvard siyahıda altıncı pilləyə enə bilər.
Mourinyonun planlarına daxil olmayan Endrikin yenidən icarəyə göndərilməsi istisna edilmir. Onun yenidən "Lion"a keçə biləcəyi deyilir.
Daha əvvəl Endrikin Mourinyonu öz oyunuyla razı salmaq istədiyi barədə xəbərlər yayılmışdı.
Son xəbərlər





























