Dünya futbolu
"Real"ın hədəfinə "Barselona" da şərik ola bilər

04.08.2026 | 16:00
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri yaxın həftələrdə yenidən İspaniya La Liqasına qayıda bilər.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun transferinə əsas namizəd "Real"dır. Bununla belə, "şəhərlilər"in rəhbərliyi hesab edir ki, Frenki de Yonqun zədəsindən sonra "Barselona" da yarımmüdafiə xəttini gücləndirmək üçün Rodri uğrunda mübarizəyə qoşula bilər.
Transferlə bağlı yekun qərarı futbolçunun özü verəcək. Hazırda Rodri "Real"a keçməyə daha meyilli görünür. Ancaq "Barselona"nın rəsmi təklif göndərəcəyi təqdirdə dünya çempionunun mövqeyinin dəyişib-dəyişməyəcəyi hələlik məlum deyil.
Son xəbərlər





























