"Qızıl top" mükafatına namizəd 10 futbolçu

"Qızıl top" mükafatına namizəd 10 futbolçu

"The Independent" nəşri 2026-cı ildə veriləcək "qızıl top" mükafatının əsas namizədlərinin reytinqini açıqlayıb.

 

Sports.az nəşrə istinadən xəbər verir ki, siyahının ilk pilləsində "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qərarlaşıb. İspaniyalı futbolçu bu yay keçirilən dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

 

Nəşr Rodrinin liderliyini belə əsaslandırıb:

 

"Bu, hər kəsin xoşuna gəlməyə bilər, amma dünya çempionatının "qızıl top"un qalibini müəyyənləşdirən münsiflər üçün əhəmiyyəti danılmazdır. Bunun üçün Luka Modriçdən ("Milan") soruşmaq kifayətdir. Rodri İspaniya millisinin heyətində mundialda möhtəşəm çıxış etdi. O, komandasının etibarlı müdafiəsini qorudu və oyunun tempini müəyyənləşdirən əsas fiqur oldu".

 

Reytinqdə ikinci yeri hücumçu Harri Keyn ("Bayern"), üçüncü pilləni isə "Barselona"nın forvardı Lamin Yamal tutur.

 

İlk "10-luq" belə davam edir: 

 

4. Kilian Mbappe ("Real")

5. Lionel Messi ("İnter Mayami")

6. Osman Dembele (PSJ)

7. Erlinq Haland ("Mançester Siti")

8. Çud Bellingem ("Real")

9. Maykl Olise ("Bayern")

10. Vinisius Junior ("Real")

 

Son beş ildə "qızıl top" mükafatını Messi (iki dəfə), Kərim Benzema, Rodri və Dembele qazanıblar.

Son xəbərlər
Hidayət Heydərov Olimpiya Təlim Düşərgəsində
"Ölkəmizə göstərilən dəstəyi hiss etdik" - "Dinamo Kiyev"in baş məşqçisi
"Oyuna ciddi hazırlaşmışıq" - Ponomarenko
"Qarabağ" "Sumqayıt"a 7 qol vur vurdu
Qitənin ən güclüsü Zalsburqda müəyyənləşəcək
"Qarabağ"la oyuna hansı heyətlə?
"Sabah" böyük qazanc əldə edə bilər
Çempionlar Liqasının bütün pley-off cütləri
"Tərəkəmə" ilə gəldilər, "Vağzalı" ilə...
AFFA məşqçilər kursu keçirir
"Sabah"ı təbrik edirəm" - Qurban Qurbanov
"Komanda yox, klub qurmaq istəyirik" - Maksud Adığözəlov
Konfrans Liqasında pley-offa adlayan komandalar bilinəcək
"Sabah" Çempionlar Liqasında növbəti ev oyununu harda keçirəcək?
"Sabah" UEFA reytinqinə necə təsir etdi?
UEFA Superkubokunun finalı hansı kanalda? -Teleproqram
Klublarımızın ən son transferləri
"Turan Tovuz"un biletləri satışda
"4 qol buraxmağı gözləmirdik"
"İberiya" tarix yazdı
"Fənərbağça" növbəti mərhələdə
"Sabah"ın pley-offdakı rəqibi bilindi
CSKA 1948 mübarizəni dayandırdı
"Qələbənin qeyd olunması artıq başa çatıb" -Dambrauskas
"Sabah" möhtəşəm qələbə ilə pley-offda!
"Yuventus" ukraynalı 2 qapıçı arasında seçim edir
"Bayern" Premyer Liqanın bombardirinə göz dikib
"Neftçi"dən yeni transfer
"Sevilya" İsveç çempionatının bombardirini aldı
"Barselona" Arauxonun yerinə onu nəzərdən keçirir
DAHA ÇOX

Ən çox oxunanlar