Dünya futbolu
"Çelsi" Mudriki Fransa klubuna göndərir

04.08.2026 | 17:30
"Çelsi" ukraynalı vinger Mixail Mudriki icarəyə göndərməyə hazırlaşır.
Sports.az "Foot Mercato"-ya istinadən xəbər verir ki, London klubu 25 yaşlı futbolçunu oyun praktikası qazanması və uzun fasilədən sonra formasını bərpa etməsi üçün Fransanın "Strasbur" klubuna icarəyə vermək niyyətindədir. "Strasbur" da "Çelsi" kimi "BlueCo" konsorsiumuna (şirkət) məxsusdur.
Mudrik 2024-cü ilin noyabrından etibarən müsbət dopinq testinə görə rəsmi oyunlara çıxmırdı. Bu yaxınlarda onun cəza müddətinin azaldıldığı açıqlanıb və futbolçunun yenidən meydana qayıtmasına icazə verilib.
Son xəbərlər





























