Dünya futbolu
ABŞ millisinin üzvü "Strasburq"da

04.08.2026 | 18:30
"Strasburq" heyətini yeni futbolçu ilə gücləndirib.
Sports.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ABŞ millisinin yarımmüdafiəçisi Covanni Reyna ilə müqavilə imzalanıb.
23 yaşlı futbolçunun sözləşməsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Reyna karyerası ərzində Dortmund və Münhenqladbax "Borussiya"sı, həmçinin İngiltərənin "Nottingem Forest" klublarında çıxış edib.
"Transfermarkt" portalının məlumatına əsasən, "Strasburq" bu keçid üçün Münhenqladbax "Borussiya"sına 3 milyon avro ödəyib.
"Strasburq" ötən mövsüm Fransa Liqa 1-də, turnir cədvəlində 8-ci yeri tutub və avrokuboklara vəsiqə qazana bilməyib.
Son xəbərlər





























