Flik Torreslə fərdi söhbət aparacaq

"Barselona"nın hücumçusu Ferran Torresin "komandadan mümkün gedişi İspaniya futbolunda ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır.
İspaniyalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. Tərəflər yeni sözləşmə ilə bağlı razılığa gələ bilməsə, klub futbolçunu satmaq variantını nəzərdən keçirə bilər.
Sports.az "El Larguero"-ya istinadən xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçu komanda ilə məşqlərə qayıtdıqdan sonra onun gələcəyi ilə bağlı şəxsi söhbət aparmağı planlaşdırır.
Klub rəhbərliyi də vəziyyətə aydınlıq gətirmək istəyir. Bildirilir ki, Torres ayrılmaq istədiyini açıqlayacağı halda, "Barselona" daxil olacaq təklifləri dəyərləndirməyə hazırdır.
26 yaşlı futbolçunun PSJ-nin maraq dairəsində olduğu barədə xəbərlər yayılsa da, hazırda tərəflər arasında konkret danışıqlar aparılmır.





























