Dünya futbolu
"Fiorentina" Mastantuononun transferini bitirmək üzrədir

05.08.2026 | 13:30
"Fiorentina" "Real"ın vingeri Franko Mastantuononun transferini başa çatdırmaq üzrədir.
Sports.az "The Touchline"-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu "Fiorentina"ya icarə əsasında keçməyə çox yaxındır. Tərəflər arasında yalnız son detallar, əsasən də oyunçunun maaşının hansı hissəsinin Florensiya təmsilçisi tərəfindən qarşılanacağı ilə bağlı məsələ həllini gözləyir.
Mastantuono artıq "Fiorentina"nın təklifini qəbul edib. Ona yeni komandasında müntəzəm oyun praktikası vəd olunub.
Mastantuono "Real"a Argentinanın "River Pleyt" klubundan transfer olunub. O, avqustun 14-də 19 yaşını tamamlayacaq.
"Fiorentina" ötən mövsüm A Seriyasını turnir cədvəlinin 15-ci pilləsində başa vurub.
Son xəbərlər





























