İnfantino hələlik rahat nəfəs ala bilər

İnfantino hələlik rahat nəfəs ala bilər

UEFA rəhbərliyi hələlik FİFA prezidenti Canni İnfantinoya etimadsızlıq göstərilməsi (impiçment) məsələsini müzakirə etmir.

Avropa Futbol Assosiasiyaları İttifaqının rəhbərliyinin son iclaslarında bu mövzu gündəmə gətirilməyib.

FİFA prezidenti barədə etimadsızlıq qərarının irəli sürülməsi üçün təşkilata üzv ölkələrin ümumi sayının 20 faizinin dəstəyi kifayətdir. UEFA-ya daxil olan federasiyalar isə ümumi səs hüququnun təxminən 26 faizinə malikdir. Bu baxımdan belə təşəbbüsü irəli sürmək çətin olmasa da, hazırda bununla bağlı konkret addım atılmır.

Sports.az  xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Daha əvvəl KİV-də UEFA, KONKAKAF və AFK-nin İnfantinoya ultimatum verdiyi barədə xəbərlər yayılmışdı. İddialara əsasən, FİFA prezidenti vəzifəsini tərk etməyəcəyi təqdirdə, həmin konfederasiyalara üzv milli komandalar dünya çempionatı da daxil olmaqla böyük beynəlxalq turnirləri boykot edə bilərlər.

Bununla yanaşı, UEFA-nın 2027-ci ilin martında keçiriləcək FİFA prezident seçkiləri öncəsi İnfantinoya alternativ namizəd axtarışına başladığı bildirilir. Hazırda isə Canni İnfantino FİFA prezidentliyi uğrunda rəsmi qeydiyyatdan keçmiş yeganə namizəddir.
 

Son xəbərlər
"Oyuna ciddi hazırlaşmışıq" - Ponomarenko
"Qarabağ" "Sumqayıt"a 7 qol vur vurdu
Qitənin ən güclüsü Zalsburqda müəyyənləşəcək
"Qarabağ"la oyuna hansı heyətlə?
"Sabah" böyük qazanc əldə edə bilər
Çempionlar Liqasının bütün pley-off cütləri
"Tərəkəmə" ilə gəldilər, "Vağzalı" ilə...
AFFA məşqçilər kursu keçirir
"Sabah"ı təbrik edirəm" - Qurban Qurbanov
"Komanda yox, klub qurmaq istəyirik" - Maksud Adığözəlov
Konfrans Liqasında pley-offa adlayan komandalar bilinəcək
"Sabah" Çempionlar Liqasında növbəti ev oyununu harda keçirəcək?
"Sabah" UEFA reytinqinə necə təsir etdi?
UEFA Superkubokunun finalı hansı kanalda? -Teleproqram
Klublarımızın ən son transferləri
"Turan Tovuz"un biletləri satışda
"4 qol buraxmağı gözləmirdik"
"İberiya" tarix yazdı
"Fənərbağça" növbəti mərhələdə
"Sabah"ın pley-offdakı rəqibi bilindi
CSKA 1948 mübarizəni dayandırdı
"Qələbənin qeyd olunması artıq başa çatıb" -Dambrauskas
"Sabah" möhtəşəm qələbə ilə pley-offda!
"Yuventus" ukraynalı 2 qapıçı arasında seçim edir
"Bayern" Premyer Liqanın bombardirinə göz dikib
"Neftçi"dən yeni transfer
"Sevilya" İsveç çempionatının bombardirini aldı
"Barselona" Arauxonun yerinə onu nəzərdən keçirir
"Nottingem Forest" 40 milyon avroya müdafiəçi aldı
Mudrik məşqlərə qayıtdı
DAHA ÇOX

Ən çox oxunanlar