Dünya futbolu
"İnter" İngiltərə klubunun 40 milyon avroluq təklifini rədd edib

05.08.2026 | 15:00
"Brentford" "İnter"in yarımmüdafiəçisi Aleksandr Stankoviçi transfer etmək istəyib.
Sports.az"La Gazzetta dello Sport"-a istinadən xəbər verir ki, İngiltərə klubu 21 yaşlı futbolçu üçün "İnter"ə 40 milyon avro təklif edib. Ancaq Milan təmsilçisi bu təklifi rədd edib. Stankoviçin özü də karyerasını "Brentford"da davam etdirmək istəməyib.
Serbiyalı futbolçu 2025/26 mövsümünü icarə əsasında "Brügge"də keçirib və uğurlu çıxışı ilə diqqət çəkib. Bu yay "İnter" öz yetirməsini geri almaq hüququndan istifadə edərək onu yenidən heyətinə qaytarıb.
Aleksandr Stankoviç serbiyalı sabiq futbolçu Deyan Stankoviçin oğludur. Yarımmüdafiəçi indiyədək Serbiya millisində 8 oyun keçirib.
Son xəbərlər





























