Dünya futbolu
"Spalletti mənim sevimli məşqçimdir"

08.08.2026 | 20:30
“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenninin komandanın baş məşqçisi Luçano Spalletti barədə fikirləri gündəm olub.
Sports.az "Tuttosport"-a istinadən xəbər verir ki, amerikalı futbolçu Spalletinin onun sevimli məşqçisi olduğunu bildirib:
“Spalletti mənim sevimli məşqçimdir. Karyeram ərzində birlikdə işlədiyim ən yaxşı mütəxəssisdir. Biz Avropa Liqasını qazanmaq istəyirik. Çempion olmaq üçün isə hələ kiçik detallarda çatışmazlıqlarımız var. “İnter” çempionluq yarışının favoritidir? Bəli, qəzetlər üçün”.
“Yuventus” ötən mövsüm İtaliya A Seriyasında 38 turdan sonra 69 xal toplayaraq turnir cədvəlini 6-cı pillədə başa vurub. Komanda yeni mövsümün ilk turunda səfərdə “Frozinone” ilə qarşılaşacaq.
Son xəbərlər





























