Dünya futbolu
"Mançester Yunayted"ə 41 milyon avroluq müdafiəçi təklif olunub

08.08.2026 | 15:30
“Tottenhem”in müdafiəçisi Ced Spens “Mançester Yunayted”ə keçə bilər.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidməti “qırmızı şeytanlar”a təklif olunub. Spens özü də hazırkı transfer pəncərəsində “Tottenhem”dən ayrılma variantını nəzərdən keçirir.
Mənbənin sözlərinə görə, London klubu ingiltərəli müdafiəçini təxminən 41 milyon avro dəyərində qiymətləndirir. Ancaq “Mançester Yunayted” hələ Spensi transfer edib-etməyəcəyinə qərar verməyib.
Bildirilir ki, futbolçunun xidməti “Liverpul”a da təklif olunub.
Spens 2025/26 mövsümündə bütün turnirlər nəzərə alınmaqla “Tottenhem”in heyətində 44 oyuna çıxıb.
Son xəbərlər





























