Dünya futbolu
Alonso: "Qapıçılarımızdan çox razıyam"

08.08.2026 | 16:00
“Çelsi”nin baş məşqçisi Xabi Alonso “Portu”nun qapıçısı Dioqq Koştanın mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı qapıçılarından çox razı olduğunu deyib:
“Qapıçılarımızdan çox razıyam. Mayk Penders “Strasburq”da özünü əla göstərdi, Robert Sançesin isə Premyer Liqada çıxış etmək baxımından böyük təcrübəsi var”.
Sançes ötən mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb və 67 qol buraxıb. Penders isə “Strasburq”un heyətində 52 matçda iştirak edib və 65 dəfə topu öz qapısından çıxarmalı olub.
"Çelsi" yeni mövsümün ilk turunda səfərdə “Fulhem”lə qarşılaşacaq. Avqustun 24-də keçiriləcək oyun saat 00:00-da başlayacaq.
Son xəbərlər





























