Dünya futbolu
"Liverpul" Arauxonun transferini bitirir

08.08.2026 | 16:30
“Liverpul” “Barselona”nın müdafiəçisi Ronald Arauxonun transferini tamamlamağa yaxındır.
İngiltərə klubu uruqvaylı futbolçunu satınalma şərti ilə icarəyə götürəcək. Daha əvvəl də bildirildiyi kimi, bu bənd məcburi xarakter daşımır.
Sports.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Liverpul” Arauxonu 55 milyon avroya birdəfəlik transfer etmək hüququna sahib olacaq.
27 yaşlı futbolçu ötən mövsüm La Liqada 24 oyuna çıxıb və 3 qol vurub.
Son xəbərlər





























