Dünya futbolu
"Əl-Əhli" onu geri qaytarır

08.08.2026 | 17:00
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu yarımmüdafiəçi Frank Kessieni geri qaytarmaq variantını nəzərdən keçirir.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Fil Dişi Sahilindən olan futbolçunun gedişindən cəmi bir neçə həftə sonra onu yenidən komandaya gətirmək imkanını araşdırır. Bununla belə, “Əl-Əhli”də heç də hamının bu ideyanı dəstəkləmədiyi bildirilir.
Kessie 2023-2026-cı illər ərzində “Əl-Əhli”nin formasını geyinib. 29 yaşlı yarımmüdafiəçi bu müddətdə 119 oyuna çıxıb, 26 qol vurub və 14 məhsuldar ötürmə verib.
Daha əvvəl Kessienin xidmətində “Yuventus”un maraqlı olduğu bildirilmişdi.
Son xəbərlər





























