Dünya futbolu
"Roma"dan yarımmüdafiəçisi ilə yeni müqavilə

08.08.2026 | 16:15
“Roma” yarımmüdafiəçisi Lorenzo Pelleqrin ilə müqaviləni yeniləyib.
Sports.az "Sky Sport"-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Pelleqrin “Roma”nın yetirməsidir. O, 2005-2015-ci illərdə klubun sistemində çıxış edib. Daha sonra iki mövsüm “Sassuolo”da oynayan futbolçu 2017-ci ildə doğma klubuna qayıdıb.
İtaliyalı futbolçu ötən mövsüm A Seriyasında 24 matçda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Son xəbərlər





























