Dünya futbolu
"Nottingem Forest" 40 milyon avroya müdafiəçi aldı

11.08.2026 | 19:30
“Nottingem Forest” Lissabon “Sportinq”indən müdafiəçi Osman Diomandeni heyətinə qatıb. Transferin məbləği 40 milyon avro təşkil edib.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, Kot-d’İvuar millisinin üzvü İngiltərə Premyer Liqası klubu ilə müddəti 4 il olan müqavilə imzalayıb. Razılaşmada sözləşmənin müddətinin daha bir il uzadılması ilə bağlı bənd də yer alıb.
Diomande 2023-cü ildə “Sportinq”ə qoşulub və Lissabon təmsilçisinin heyətində bütün turnirlərdə 132 matç keçirib.
22 yaşlı futbolçu 2026-cı ilin yayında keçirilən dünya çempionatında da iştirak edib. Onun transferi “Nottingem Forest”in müdafiə xəttinə etdiyi əsas yay əlavələrindən biridir.
Son xəbərlər





























