Dünya futbolu
"Barselona" Arauxonun yerinə onu nəzərdən keçirir

11.08.2026 | 20:00
“Barselona” “Betis”in müdafiəçisi Natanı heyətinə qatmaq variantını nəzərdən keçirir.
Sports.az xəbər verir ki, bu barədə "TNT Sports" məlumat yayıb.
Kataloniya klubu “Liverpul”a icarəyə göndərilən Ronald Arauxonun yerinə 25 yaşlı futbolçunu transfer etmək istəyir. Tərəflər arasında artıq ilkin danışıqlara başlanılıb.
Natan ötən mövsüm bütün turnirlərdə 45 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Braziliyalı müdafiəçinin “Betis”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” onun dəyərini 25 milyon avro qiymətləndirir.
Son xəbərlər





























