Dünya futbolu
"Bayern"in üç aparıcı futbolçusu superkuboku buraxacaq

21.08.2026 | 18:30
“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya superkubokunda Dortmund “Borussiya”sına qarşı keçirəcəkləri matçda bəzi futbolçuların iştirak etməyəcəyini açıqlayıb.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis üç futbolçunun adını çəkib:
“Camal Musiala heyətdə yoxdur. Serj Qnabri və Lennart Karl da oyunda iştirak etməyəcək”.
Musiala son hazırlıq oyunlarında iki dəfə özünü pis hiss edərək, meydanı tərk edib. O, “Leyptsiq” və “Haydenhaym”la keçirilən görüşlərdə huşunu itirib. Buna görə də, onun superkubok matçında iştirakı nəzərdə tutulmur. Oyun avqustun 22-də keçiriləcək.
Son xəbərlər





























