Dünya futbolu
"Real"da ötən mövsüm çətin keçdi"

21.08.2026 | 23:00
“Real”dan icarə əsasında “Fiorentina”ya keçən Franko Mastantuono 2025/26 mövsümü barədə danışıb.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı argentinalı futbolçu Madrid klubunda keçirdiyi ilk mövsümün çətin olduğunu və yeni mövsümdə “Fiorentina”da özünü göstərmək istədiyini deyib:
“Real”da ötən mövsüm çətin keçdi. Hər kəs üçün asan deyildi. Amma belə hallar bizə öyrənməyə və inkişaf etməyə kömək edir. “Fiorentina”da necə oyunçu olduğumu göstərmək imkanım olacaq”
Mastantuono 2025-ci ilin avqust ayında, 45 milyon avroya “River Pleyt”dən “Real”a transfer olunub.
Son xəbərlər





























