"Roma" "Fənərbaxça"nın müdafiəçisi üçün danışıqları davam etdirir

"Roma" "Fənərbaxça"nın müdafiəçisi üçün danışıqları davam etdirir

“Roma” “Fənərbaxça”nın 25 yaşlı müdafiəçisi Ceydon Ostervolde ilə transfer razılaşmasına yaxındır.

 

Niderlandlı futbolçu həm mərkəz müdafiəsində, həm də cinahda çıxış edə bilir.

 

Sports.az “Football Italia”-ya istinadən xəbər verir ki, klublar bu gün danışıqların növbəti mərhələsini keçirəcək. “Roma” Ostervolde ilə müddəti mövsümün sonuna qədər olan icarə müqaviləsi imzalamaq, daha sonra isə müəyyən şərtlərdən asılı olaraq futbolçunu məcburi satınalma hüququ ilə heyətinə qatmaq istəyir.

 

Paytaxt təmsilçisi paralel olaraq hücum xəttini də gücləndirməyə çalışır. Klubun maraq dairəsində “Çelsi”nin vingeri Ceymi Bayno-Gittens də var. Ancaq London klubu “Roma”nın ilk təklifini rədd edib.

 

İtaliya təmsilçisi icarə üçün 3 milyon avro ödəməyə və mövsümün sonunda futbolçunun 40 milyon avroya satın alınmasını nəzərdə tutan şərtlərlə razılaşmağa hazır idi. “Çelsi” isə bu təklifi qəbul etməyib.

Son xəbərlər
"İmişli" onlarla yolları ayırdı
Liderlər heç-heçəyə razılaşdı, "Kəpəz" səfərdə qalib gəldi
Orxan Məmmədov Bişkekdə görüşlər keçirib
Montella istefaya göndərildi - Rəsmi
Olimpiya çempionundan uğursuz çıxış
"Neftçi" "Sabah": Heyətlər
"Araz Naxçıvan" "Kəpəz"ə uduzdu
"Hypers"dən darmadağım
"Araz Naxçıvan" - "Kəpəz": Heyətlər
AFFA bu məsələdə yeganə oldu
Azərbaycan kubokunda ilk mərhələ bitir
MOİK "Mingəçevir"ə, "Şimal" "Xankəndi"yə qaqşı
"Neftçi" - "Sabah" və "Qalatasaray" - "Kasımpaşa" oyunları hansı telekanallarda?
Premyer Liqada liderlər qarşılaşacaq
"Neftçi" - "Sabah" oyununa böyük maraq - Artıq 5000 bilet satılıb
Premyer Liqada turun hakim təyinatları
Olimpiya çempionumuz tatamiyə çıxır
Cüdo millimizdən tarixi uğur
Yarışlar Hövsanda, paltardəyişmə otaqları Koroğluda... - Azərbaycan dünya çempionatını qəbul etməyə hazırlaşır
Azərbaycan FİFA U-15 dünya çempionatıbdan nə qazanacaq?
Mateus "Qarabağ" və "Sabah"dan danışdı
Azərbaycan kubokunda növbəti oyunlar keçirilib
Cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi
"Şahdağ Qusar"dan darmadağın
Azərbaycan kuboku davam edir
Elxan Səmədov "Ayın qolu"nun müəllifini mükafatlandırdı
Günün teleproqramı
Cüdoçularımızdan daha 2 medal
Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə başlayır
Van Daykla bağlı qərar təxirə salınıb
DAHA ÇOX

Ən çox oxunanlar