“Fənərbaxça”dan darmadağın

Türkiyə Super Liqasında 21-ci tura yekun vurulub.

Sports.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

“İstanbulspor” - “Kayserispor” matçında qonaqlar qalib gəlibsə, “Başakşəhər” evdə “Konyaspor” üzərində inamlı qələbəyə sevinib. “Fənərbaxça” da doğma meydanda “Kasımpaşa”nı böyük hesabla məğlub edib.

Hazırda 48 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 44 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncüdür. “Beşiktaş” 38, “Adana Dəmirspor” 37, “Trabzonspor” da 35 xal toplayıb.

Türkiyə Super Liqası
21-ci tur

27 yanvar

Beşiktaş – Alanyaspor 3:0
Qol: C.Tosun, 20-pen; 50. D.Alli, 59.

28 yanvar

Sivasspor – Adana Dəmirspor 1:2
Qol: Kofi, 63 – E.Akbaba, 41. Akintola, 56.

Ankaragücü – Qaziantep 0:2
Qol: Djibolodji, 47. Fiqeyredo, 90+7.

Hatayspor – Trabzonspor 2:1
Qol: El Kaabi, 47. B.Yıldırım, 50 – Bardi, 9.

Antalyaspor – Ümraniyəspor 3:2
Qol: Larsson, 38. G.Vural, 48. Fredi, 90+3 – U.Nayir, 33. O.Ayık, 56.

Girəsunspor – Qalatasaray 0:4
Qol: Mertens, 45+3. Dubua, 60. Raşiça, 88. Y.Akgün, 90+5.

29 yanvar

İstanbulspor – Kayserispor 2:4
Qol: Lokilo, 10. Etemi, 32 – Mane, 18. O.Bulut, 52. E.Başsan, 83. İ.Parlak, 89.

Başakşəhər – Konyaspor 2:0
Qol: B.Özcan, 43. D.Türüç, 64.

Fənərbaxça – Kasımpaşa 5:1
Qol: Valensiya, 37-pen; 39; 52; 69. Batşuayi, 90+2 – Fall, 24.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar