Dünya futbolu
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırdır

31.08.2026 | 21:00
“Çelsi”nin müdafiəçisi Tosin Adarabioyo transfer pəncərəsinin son saatlarında komandadan ayrıla bilər.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 28 yaşlı futbolçu ilə yolları ayırmağa hazırdır. İngiltərəli müdafiəçinin mümkün transferi ilə bağlı danışıqlar aparılır.
“Çelsi” Adarabioyonu 2024-cü ildə “Fulhem”dən azad agent kimi heyətinə qatıb. Müdafiəçi London klubunun heyətində bütün turnirlərdə 70 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı Adarabioyonun dəyərini 16 milyon avro qiymətləndirir.
Son xəbərlər





























