Dünya futbolu
"Yuventus"un hücumçusu bu gün yeni klubuna keçə bilər

31.08.2026 | 22:30
“Yuventus”un hücumçusu Conatan Devid yay transfer pəncərəsinin son günündə klubundan ayrılaraq “Atletiko”ya keçə bilər.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 25 yaşlı forvardı icarəyə götürməyə hazırdır, ancaq futbolçunun maaş öhdəliyini tam şəkildə üzərinə götürmək istəmir.
Tərəflər arasında danışıqlar davam edir. Hər şey plan üzrə getsə, sözləşmə bu gün rəsmiləşdiriləcək.
Kanadalı hücumçu ötən mövsüm A Seriyasında “Yuventus”un heyətində 35 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.
Son xəbərlər





























