Dünya futbolu
"Hətta 6:1 hesablı qələbədən sonra belə, oyunçular tənqidlə üzləşirlər"

14.09.2026 | 09:30
PSJ-nin baş məşqçisi Luis Enrike, müdafiəçi İlya Zabarnıya yönələn tənqidlərə münasibət bildirib.
Ukraynalı futbolçu UEFA Çempionlar Liqasında “Slovan”a qarşı keçirilən oyunda (6:1) etdiyi səhvlə komandasının qapısında qol görməsinə səbəb olub. O, daha sonra naməlum səbəbdən Fransa çempionatında “Brest”lə oyunun heyətinə daxil edilməyib.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, bu tənqidlərin normal olduğunu deyib:
“Tənqid? Bu, normal haldır. PSJ kimi klubda həmişə tənqid olur. Hətta 6:1 hesablı qələbədən sonra belə, oyunçular tənqidlə üzləşirlər. Əslində, komanda ətrafında belə bir müzakirənin olması yaxşıdır, bu, bizim böyük klubda olduğumuzu göstərir”.
Son xəbərlər





























