Dünya futbolu
"Sabah"ın rəqibi aparıcı futbolçusu ilə yeni müqavilə imzalayacaq

14.09.2026 | 09:00
"Sabah"ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona” hücumçu Rafinya Diasla müqavilənin müddətini uzatmağı planlaşdırır.
Sports.az “Diario AS”-a istinadən xəbər verir ki, klub rəhbərliyinin 29 yaşlı futbolçu ilə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq yeni müqavilə imzalamaq istədiyi bildirilir.
Rafinyanın "Barselona" ilə hazırkı sözləşməsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.
Son xəbərlər





























