Dünya futbolu
Pioli tələblərini Türkiyə klubuna çatdırıb

14.09.2026 | 14:30
İtaliyalı mütəxəssis Stefano Pioli Türkiyə çempionatında çalışa bilər.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı çalışdırıcı “Trabzonspor”la danışıqlar aparır.
Pioli artıq klub rəhbərliyinə tələblərini də çatdırıb. O, müddəti 2028-ci ilə qədər olan müqavilə və anlaşmanın vaxtının daha bir mövsüm uzadılması imkanının olmasını istəyir.
Piolinin son iş yeri “Fiorentina” olub. O, daha əvvəl “İnter”, “Milan”, “Latsio”, “Bolonya”, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və digər klublarına rəhbərlik edib.
Son xəbərlər





























