Kimmixin 500-cü oyunu

“Bayern” Bundesliqanın 3-cü turunda “Elversberq”i (2:1) məğlub edib.
İlk iki turda qələbə qazanan və “Bayern”ə qarşı da sürpriz etməyə ümid edən “Elversberq” Münhen təmsilçisinə asan təslim olmayıb. Ancaq “Bayern” çətinliklə də olsa, meydandan qalib ayrılmağı bacarıb.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qarşılaşma Münhen təmsilçisinin yarımmüdafiəçisi Coşua Kimmix üçün xüsusi əhəmiyyət daşıyıb. Almaniyalı futbolçu bütün turnirlər nəzərə alınmaqla “Bayern”də 500-cü oyununa çıxıb. Kimmix bu matçlarda 47 qol vurub və 122 məhsuldar ötürmə verib.
“Bayern”də keçirdiyi oyunların sayına görə Kimmix klubun əfsanələrindən Bastian Şvaynştaygerə çatıb. Onun yaxın zamanda bu göstəricidə Şvaynştaygeri geridə qoyacağı gözlənilir. Kimmix bunu artıq növbəti turda da edə bilər. “Bayern” Bundesliqanın 4-cü turunda Berlin “Union”u ilə qarşılaşacaq.





























