Dünya futbolu
"Real" Almaniya klubunun qapıçısına göz dikib

14.09.2026 | 20:00
Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel Avropanın top-klublarından birinin maraq dairəsinə düşüb.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” 28 yaşlı qapıçının çıxışını yaxından izləyir. Tərəflər arasında hələlik heç bir danışıq aparılmayıb.
Kobelin transfer qiyməti 40 milyon avro dəyərləndirilir. İsveçrəli qolkiper 2021-ci ilin yayından Dortmund klubunun formasını geyinir. Onun “Borussiya” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.
Kobel cari mövsümdə Bundesliqada 3 oyunda meydana çıxıb və qapısında 2 qol görüb.
Son xəbərlər





























