Dünya futbolu
"Sabah"ın rəqibi "Liverpul"un futbolçusuna göz dikib

15.09.2026 | 16:30
“Liverpul”un vingeri Rio Nqumoha “Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi olan “Arsenal”ın maraq dairəsinə düşüb.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bu mövsüm “qırmızılar”ın əsas heyətində möhkəmlənə bilməsə, London klubu onun transferi üçün cəhd göstərə bilər.
Nqumohaya “Bayern” də maraq göstərir. Bununla belə, 18 yaşlı oyunçunun Mersisayd təmsilçisi ilə müqaviləsini yeniləməsinin gözlənildiyi bildirilir. Bu isə onun mümkün transferini çətinləşdirə bilər.
Nqumoha cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 4 oyunda meydana çıxıb. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
Son xəbərlər





























