Karrager "Liverpul"un baş məşqçisini müdafiə etdi

Karrager "Liverpul"un baş məşqçisini müdafiə etdi

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager komandanın yeni baş məşqçisi Andoni İraolunu mövsümün uğursuz startına görə müdafiə edib.

“Liverpul” Premyer Liqanın ilk 4 turunda 1 qələbə qazanıb, 3 heç-heçə edib.

Sports.az "Sky Sports"-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu komandanın nəticələrinin qənaətbəxş olmadığını desə də, bunun əsas səbəbkarının baş məşqçi olmadığını bildirib:

“Baş məşqçini tənqid etmirəm və ona təzyiq göstərmirəm. Baxmayaraq ki, mövsümün başlanğıcı həqiqətən uğursuz alınıb. Hazırda elə bir futbolçu qrupundan danışırıq ki, onların ötən mövsüm göstərdiyi nəticələr klub üçün qəbuledilməz idi.

Ötən mövsüm başa çatdıqdan sonra “Liverpul” rəhbərliyi baş məşqçini dəyişdi və faktiki olaraq belə dedi: “Bizim yaxşı futbolçularımız var, sadəcə sən onlardan maksimum yararlana bilmirsən”.

Yaxşı, bunu qəbul edək. Yeni məşqçi gəldi və işinə başladı. Hələ çox az vaxt keçib, amma bu futbolçular uzun müddətdir ki, çox zəif çıxış edirlər. Mövsümə uğursuz start verdilər, halbuki “Liverpul”un təqvimi o qədər də çətin deyildi. Əslində, “Liverpul”un 10 xalı olmalı idi. Buna görə də nəticələr həqiqətən çox pisdir.

“Liverpul” azarkeşlərindən heç biri baş məşqçini günahlandırmayacaq və onun işini şübhə altına almayacaq. Bu mövsüm hər şey futbolçulardan asılı olacaq. Mən də “Liverpul”un əksər azarkeşləri kimi onlara baxıb düşünəcəyəm: siz daha yüksək səviyyədə oynamalısınız”.

"Liverpul" hazırda İngiltərə Premyer Liqasında 4 turdan sonra 6 xallla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Son xəbərlər
"İmişli" onlarla yolları ayırdı
Liderlər heç-heçəyə razılaşdı, "Kəpəz" səfərdə qalib gəldi
Orxan Məmmədov Bişkekdə görüşlər keçirib
Montella istefaya göndərildi - Rəsmi
Olimpiya çempionundan uğursuz çıxış
"Neftçi" "Sabah": Heyətlər
"Araz Naxçıvan" "Kəpəz"ə uduzdu
"Hypers"dən darmadağım
"Araz Naxçıvan" - "Kəpəz": Heyətlər
AFFA bu məsələdə yeganə oldu
Azərbaycan kubokunda ilk mərhələ bitir
MOİK "Mingəçevir"ə, "Şimal" "Xankəndi"yə qaqşı
"Neftçi" - "Sabah" və "Qalatasaray" - "Kasımpaşa" oyunları hansı telekanallarda?
Premyer Liqada liderlər qarşılaşacaq
"Neftçi" - "Sabah" oyununa böyük maraq - Artıq 5000 bilet satılıb
Premyer Liqada turun hakim təyinatları
Olimpiya çempionumuz tatamiyə çıxır
Cüdo millimizdən tarixi uğur
Yarışlar Hövsanda, paltardəyişmə otaqları Koroğluda... - Azərbaycan dünya çempionatını qəbul etməyə hazırlaşır
Azərbaycan FİFA U-15 dünya çempionatıbdan nə qazanacaq?
Mateus "Qarabağ" və "Sabah"dan danışdı
Azərbaycan kubokunda növbəti oyunlar keçirilib
Cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi
"Şahdağ Qusar"dan darmadağın
Azərbaycan kuboku davam edir
Elxan Səmədov "Ayın qolu"nun müəllifini mükafatlandırdı
Günün teleproqramı
Cüdoçularımızdan daha 2 medal
Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə başlayır
Van Daykla bağlı qərar təxirə salınıb
DAHA ÇOX

Ən çox oxunanlar