Dünya futbolu
Almaniya klubu Benzema ilə əlaqə saxlayıb

15.09.2026 | 17:30
Fransa millisinin və “Real”ın sabiq hücumçusu Kərim Benzema Avropaya qayıda bilər. 38 yaşlı futbolçu hazırda azad agent statusundadır.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvardla Leverkuzen “Bayer”i maraqlanır. Almaniya klubu ilə Benzemanın nümayəndələri arasında artıq əlaqə yaradılıb.
Benzema ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hilal”ın heyətində 10 matçda meydana çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı Fransa yığmasının sabiq üzvünün dəyərini 5 milyon avro qiymətləndirir.
Son xəbərlər





























