Dünya futbolu
Riçarlisonu üç klub heyətində görmək istəyib

15.09.2026 | 18:00
“Tottenhem”in hücumçusu Riçarlison yay transfer dövründə karyerasını davam etdirmək üçün bir neçə varianta malik olub.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, “Everton”, “Trabzonspor” və “Vasko da Qama” 29 yaşlı futbolçunun xidmətində maraqlı olub.
Riçarlisonun “Vasko da Qama”ya keçidi “Tottenhem”də icarə müqavilələri üzrə limitin dolması səbəbindən baş tutmayıb.
Braziliyalı hücumçunun London klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir. Onun hazırkı transfer dəyərinin 25 milyon avro olduğu bildirilir.
Son xəbərlər





























