Dünya futbolu
"Çempionlar Liqqasının finalında iki dəfə oynamaq şansım olub, ancaq..."

15.09.2026 | 21:00
“İnter”in müdafiəçisi Federiko Dimarko komandası ilə iki dəfə finalda məğlub olduğu UEFA Çempionlar Liqasını qazanmaq istədiyini bildirib.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu açıqlamasında turnirin çətinliyindən danışıb:
“Çempionlar Liqası bir çox güclü komandanın iştirak etdiyi çox çətin bir turnirdir. Bu mötəbər yarışın finalında iki dəfə oynamaq şansım olub. Lakin nəticəni dəyişmək üçün yenidən cəhd etmək istərdim”.
Dimarko “İnter”in heyətində 2023 və 2025-ci illərdə Çempionlar Liqasının finalında çıxış edib. İtaliya klubu 2023-cü ildə “Mançester Siti”yə 0:1, 2025-ci ildə isə PSJ-yə 0:5 hesabı ilə məğlub olub.
Son xəbərlər





























