Dünya futbolu
De Zerbi: "Komanda başa düşür ki, biz nə oyunlarda qalib gəlirik, nə də qol vururuq”

15.09.2026 | 23:00
“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi, futbolçularının məşqdən sonra qapıya zərbələr üzərində çalışmaq üçün bazada qaldıqlarını bildirib.
Sports.az “The Telegraph”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandanın qol probleminə də toxunub:
“Futbolçular daha çox çalışmaq istəyirlər. Mən onlardan bazada qalmağı tələb etmirəm, onlar bunu özləri etmək istəyirlər. Onlar inkişaf etməyə can atırlar. Komanda başa düşür ki, biz nə oyunlarda qalib gəlirik, nə də qol vururuq”.
“Tottenhem” Premyer Liqada 4 turdan sonra 2 xalla 17-ci pillədə qərarlaşıb. Komanda bu mövsüm çempionatda heç bir qol vurmayıb.
Son xəbərlər





























