Dünya futbolu
"Real"ın bəxti gətirməyib

16.09.2026 | 13:00
“Real” İspaniya çempionatının 6-cı turunda “Elçe”ni çətinliklə məğlub edib. Madrid təmsilçisi qələbəni (3:2) yalnız əlavə vaxtda təmin edə bilib.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşma zamanı “Real”ın bəxti yenə gətirməyib.
Matçın ilk hissəsinin ortalarında Arda Gülər “Elçe”nin qapısına zərbə endirsə də, top dirəyə dəyib. Bununla da “Real”ın La Liqanın cari mövsümündə dirəyə düşən zərbələrinin sayı 9-a çatıb. Bu göstərici ən yaxın izləyicisi “Barselona”dan iki dəfədən çoxdur.
Kataloniya klubunun futbolçuları cari mövsümdə 4 dəfə topu dirəyə vurublar.
“Real”ın digər rəqiblərində isə bu göstərici daha aşağıdır.
Son xəbərlər





























