Dünya futbolu
"Çelsi" PSJ-yə 70 milyon avro təklif edəcək - İspaniyalı futbolçuya görə

16.09.2026 | 14:00
PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sports.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
30 yaşlı futbolçunun xidmətində Premyer Liqanın bir neçə klubu maraqlıdır. “Arsenal”, “Mançester Yunayted”, “Liverpul” və “Nyukasl” onu heyətinə qatmaq istəyir. Amcaq Ruisə ən böyük marağı “Çelsi” göstərir. London klubunun baş məşqçisi Xabi Alonso ispaniyalı futbolçunu şəxsən komandasında görmək istəyir.
“Çelsi” yanvarda Ruis üçün PSJ-yə 70 milyon avro təklif etməyi planlaşdırır. Futbolçu bu mövsüm bütün turnirlərdə 7 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Son xəbərlər





























