Dünya futbolu
"Bolonya"nın yeni baş məşqçisi məlum olur

16.09.2026 | 15:00
İtaliyalı mütəxəssis Raffaele Palladino yaxın zamanda “Bolonya”nın baş məşqçisi təyin oluna bilər.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, Palladino əvvəlcə “Atalanta” ilə əməkdaşlığa xitam verilməsi prosedurunu tamamlamalıdır. Bundan sonra 41 yaşlı mütəxəssis “Bolonya”nın baş məşqçisi olacaq. Tərəflər arasında müqavilənin müddətinin 2028-ci ilə qədər nəzərdə tutulduğu və daha bir mövsüm uzadılma bəndinin də yer alacağı bildirilir.
Palladino bu "Fənərbaxçanın sabiq baş məşqçisi Domeniko Tedeskonu əvəzləyəcək.
“Bolonya” İtaliya A Seriyasının ilk 4 turundan sonra cəmi 1 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Son xəbərlər





























