Dünya futbolu
MS "Bayern"in futbolçusunu transfer etmək istəyib

16.09.2026 | 15:30
“Bayern”in yarımmüdafiəçisi Aleksandr Pavloviç ötən yay “Mançester Siti”nin maraq dairəsində olub.
Sports.az xəbər verir ki, bu barədə “Bayern & Germany” məlumat yayıb.
Pavloviç bu maraqdan istifadə edərək yeni müqavilə ilə bağlı danışıqlarda Münhen klubuna təzyiq göstərməyib. 22 yaşlı futbolçu hazırda “Bayern”də çıxışını davam etdirir və vergilər çıxılmamış 8 milyon avro maaş alır.
Almaniyalı futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, bu mövsüm Bundesliqada 3 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Son xəbərlər





























