Dünya futbolu
"Bayern" Keyni əvəz edəcək futbolçunu tapıb

16.09.2026 | 00:00
"Nyukasl"dan icarə əsasında "Yuventus"da icarə əsasında çıxış edən hücumçu Nik Voltemade mövsümün sonunda Bundesliqaya qayıda bilər.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə “Bayern” maraqlanır. Almaniya çempionu Voltemadeni Harri Keynin potensial əvəzləyicisi kimi nəzərdən keçirir.
Almaniyalı forvardın müqavilə ilə məxsus olduğu klub “Nyukasl”dır. “Yuventus” isə onu bu mövsümün sonuna qədər icarəyə götürüb.
Voltemade cari mövsümdə İtaliya çempionatında 2 oyunda meydana çıxıb. O, 2024-2025-ci illərdə "Ştutqart"ın formasını geyinib.
Son xəbərlər





























