Dünya futbolu
Endrik "Real"ı tərk edə bilər

01.10.2026 | 20:00
“Real”ın və Braziliya millisinin hücumçusu Endrik kifayət qədər oyun praktikası qazanmasa, klubundan ayrılmaq barədə düşünə bilər.
Sports.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.
“Roma” 20 yaşlı forvardın transferində hələ də maraqlıdır. İtaliya klubu qış transfer dönəmində Endriki icarəyə götürmək üçün cəhd göstərə bilər.
Braziliyalı futbolçunun “Real”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. Onun hazırkı transfer dəyəri 40 milyon avro qiymətləndirilir.
Endrik bu mövsüm İspaniya çempionatında 1 oyunda meydana çıxıb.
Son xəbərlər





























