"Sabah"ın rəqibi "Mançester Siti"nin futbolçusu ilə maraqlanır

İngiltərə Premyer Liqasının iki klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Rayan Şerkini transfer etmək istəyir.
Sports.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
“Mançester Siti”nin maliyyə pozuntularına görə iş üzrə ciddi sanksiya ilə üzləşəcəyi və Şerkini satmaq məcburiyyətində qalacağı təqdirdə, “Liverpul” və “Arsenal” vəziyyətdən yararlanmağa hazırdır. Bildirilir ki, fransalı futbolçu ilə maraqlanan klublar yalnız bunlarla məhdudlaşmır.
“Mançester Siti” 23 yaşlı Şerkini 2025-ci ilin yayında “Lion”dan 36,5 milyon avroya transfer edib.
Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 8 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun transferində maraqlı olan “Arsenal” UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.





























