Dünya futbolu
"Çelsi" ingiltərəli futbolçu üçün səylərini artırıb

02.11.2026 | 20:00
“Çelsi” “Bornmut”un yarımmüdafiəçisi üçün 120 milyon avro təklif edə bilər
“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott karyerasını “Çelsi”də davam etdirə bilər.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 23 yaşlı futbolçunun transferi istiqamətində səylərini artırıb. Skott “Çelsi”nin əsas transfer hədəflərindən birinə çevrilib. İngiltərə təmsilçisi onun üçün 120 milyon avrodan artıq təklif etməyə hazırdır.
Skott cari mövsüm bütün turnirlərdə 6 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
İngiltərəli futbolçunun “Bornmut”la müqaviləsinin müddəti 2028-ci il iyunun sonuna qədərdir.
Son xəbərlər





























