Dünya futbolu
Kyeza İtaliyaya qayıtmaq istəyir

03.11.2026 | 18:00
“Liverpul”un cinah oyunçusu Federiko Kyeza qış transfer dövründə “İnter”ə keçə bilər.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu hücum xəttini gücləndirmək üçün 29 yaşlı futbolçunu nəzərdən keçirir. Kyezanın özünün də “Liverpul”da bu mövsüm az oyun vaxtı aldığı üçün İtaliyaya qayıtmaq istədiyi bildirilir.
Kyeza bu mövsüm “Liverpul”un heyətində cəmi bir oyuna çıxıb. Onun “qırmızılar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı italiyalı futbolçunun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
Son xəbərlər





























