Dünya futbolu
"Atletiko" argentinalı futbolçu ilə razılıq əldə edib

03.11.2026 | 20:00
“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines karyerasını “Atletiko”da davam etdirə bilər.
Sports.az “North Bank Insider”-ə istinadən xəbər verir ki, Madrid klubu 28 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə ilkin razılıq əldə edib. Martinesin də “Atletiko”ya keçməkdə qətiyyətli olduğu bildirilir.
Bununla belə, İspaniya klubu hələlik “Mançester Yunayted”lə rəsmi danışıqlara başlamayıb.
Argentinalı futbolçu bu mövsüm bütün turnirlərdə 10 oyuna çıxıb və 1 qol vurub. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
Son xəbərlər





























