Dünya futbolu
ÇL: "Liverpul" çox çətin rəqibdir"

04.11.2026 | 19:00
“Fənərbaxça”nın baş məşqçi əvəzi Dirk Kuyt UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Liverpul”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Sports.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis rəqibi güclü saydığını, ancaq öz komandasının da qələbə qazanmaq imkanına malik olduğunu bildirib:
“Liverpul” çox çətin rəqibdir. Ancaq bizim də güclü komandamız var. Azarkeşlərimizin dəstəyi ilə böyük şansımız olacaq. Futbolçular özlərini ən yaxşı tərəfdən göstərməlidirlər. Bu oyun üçün planımız var və futbolçularımız ona inanmalıdır. Qarşılaşmanı səbirsizliklə gözləyirəm”.
“Fənərbaxça” – “Liverpul” matçı bu gün İstanbulda keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.
Son xəbərlər





























