Dünya futbolu
Simeone: "Bayern" və "Liverpul" bizdən daha güclüdür"

04.11.2026 | 20:00
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasında “Bayern”ə 0:2 hesablı məğlubiyyətdən sonra komandasının hazırkı gücünü dəyərləndirib.
Bu, Madrid klubunun cari mövsümdə turnirdə 2-ci məğlubiyyətidir. Komanda daha əvvəl səfərdə “Liverpul”a 1:2 hesabı ilə uduzmuşdu.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı baş məşqçi bunu deyib:
“Hazırda “Bayern” və “Liverpul” bizdən daha güclüdür. Biz onların səviyyəsinə çatmaq istəyirik. Biz imkanlarımızın 120 faizi ilə oynamalıyıq, çünki 100 faiz kifayət etməyəcək”.
“Atletiko” ÇL-də 4 turdan sonra 4 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb.
Son xəbərlər





























