Rodrinin "Atletiko" ilə matçda iştirakı qeyri-müəyyəndir

“Barselona”nın yarımmüdafiəçisi Rodri UEFA Çempionlar Liqasının liqa mərhələsində “Aston Villa” ilə oyunda (3:0) özünü narahat hiss edib.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu gün tibbi müayinədən keçəcək. Onu baldır əzələsindəki ağrılar narahat edir.
“Barselona”nın tibbi heyəti Rodrinin vəziyyətini qiymətləndirərək, İspaniya çempionatının 12-ci turunda “Atletiko”ya qarşı keçiriləcək oyunda iştirak imkanını müəyyənləşdirəcək.
“Barselona” – “Atletiko” qarşılaşması noyabrın 8-də olacaq. Hazırda Kataloniya təmsilçisi La Liqada liderdir, Madrid klubu isə turnir cədvəlinin 2-ci pillsində qərarlaşıb.
“Barselona” Çempionlar Liqasının növbəti turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.





























