"Mançester Yunayted"in baş məşqçisi postuna 5 namizəddən biridir

“Mançester Yunayted”in rəhbərliyi “Aston Villa”nın baş məşqçisi Unay Emerinin xidmətində maraqlıdır.
Sports.az "Daily Mail Sport"-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi Maykl Karriki əvəzləyə biləcək beş namizəddən biridir.
Ancaq Emerinin mümkün təyinatı ilə bağlı müəyyən çətinliklər var. Belə ki, mütəxəssis klubda idman direktorunu şəxsən özü seçməyə üstünlük verir və vasitəçilər üzərindən deyil, birbaşa klub sahibləri ilə ünsiyyət qurmağa öyrəşib. Bu amil onun “Mançester Yunayted”ə keçidinə mane ola bilər.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında 9 turdan sonra 7 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda Azərbaycan çempionu "Sabah"ı 4:0 hesabı ilə məğlub etmişdi.





























