Dünya futbolu
Rəsmi: Fonseka "Lion"la vidalaşdı

04.11.2026 | 17:00
“Lion” baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırıb.
Sports.az Fransa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis öz istəyi ilə postundan ayrılıb. Fonseka bir neçə gün əvvəl klub rəhbərliyinə komandadan getmək istədiyini bildirib. Rəhbərlik isə mövsümün gedişində verilən bu gözlənilməz qərardan təəssüfləndiyini açıqlayıb.
Daha əvvəl Fonsekanın Lissabon “Sportinq”inə baş məşqçi təyin olunacağı barədə məlumat yayılmışdı. Portuqaliya klubu onun müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün “Lion”a 5 milyon avro təzminat ödəyəcək.
“Lion” rəhbərliyi portuqaliyalı çalışdırıcıya klubdakı fəaliyyəti, peşəkarlığı və gördüyü işlərə görə təşəkkür edib.
Son xəbərlər





























